İDMAN

01 May

Noyer "Yuventus"a keçə bilər

Gələn mövsümün hazırlıqlarına indidən başlayan "Yuventus" transfer çalışmalarını sürətləndirib.

Fins.az-ın məlumatına görə, Turin klubu ilk olaraq "Bavariya"nın kapitanı Manuel Noyerlə qapı xəttini gücləndirməyi hədəfləyir.

"Bavariya" ilə yeni müqavilədə razılığa gələ bilməyən 34 yaşlı qapıçı üçün "qoca sinyora" qarşı tərəfə 15 milyon avro ödəməyə hazırdır. Üstəlik, almanlardan fərqli olaraq, A seriyası təmsilçisi ulduz futbolçuya uzunmüddətli müqavilə təklif edib.

"Yuventus"un diqqət mərkəzində olan digər oyunçu isə "Botafoqo"nun hücumçusu Luis Enrikedir. İtaliya çempionu 18 yaşlı forvardı yayda transfer etməyi və hazırkı komandasına 1 illik icarəyə verməyi planlaşdırır.