İDMAN

01 May

Gələcəyin ən yaxşı futbolçularından birinin adını açıqladı - Totti

"Roma"nın əfsanəvi kapitanı Françesko Totti "Breliya"nın yarımmüdafiəçisi Sandro Tonali haqda fikirlərini bildirib.

Fins.az-ın məlumatına görə, ötənlərin ulduz futbolçusu 20 yaşlı orta sahə oyunçusunu tərifləyib.

Totti "Roma" rəhbərliyinə Tonalini transfer etməyi məsləhət görüb: "Mən onunla müqavilə imzalamaq üçün bir şey edərdim. Düşünürəm ki, Tonali dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. Sandro bunun üçün bütün keyfiyyətlərə malikdir".

Qeyd edək ki, "Breşiya" ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Sandro Tonali Avropanın bir çox nəhəng klubunun diqqət mərkəzindədir