"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek daha bir klubun maraq dairəsinə düşüb.
Fins.az-ın məlumatına görə, "Everton", "Mançester Yunayted" və "Real"dan sonra indi də "Nyukasl" 22 yaşlı orta sahə oyunçusu uğrunda mübarizəyə qoşulub.
Rəhbər dəyişikliyindən sonra maliyyə cəhətdən xeyli güclənən "sağsağanlar" mövsümün sonunda bir neçə ulduz futbolçu almaq istəyir ki, onlardan biri də van de Bekdir. Hollandiya millisinin üzvü üçün "Ayaks"la danışıqlara start verilib.
Qeyd edək ki, bu mövsüm 37 oyunda 10 qol, 11 assistlə yadda qalan Donni van de Bekin transfer qiyməti 50 milyon avro dəyərində göstərilir.