"Milan"ın qapıçısı Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Fins.az-ın məlumatına görə, 37 yaşlı qolkiper daha bir il oynamaq niyyətindədir.
Hazırda "Aston Villa"da icarə əsasında çıxış edən İspaniya millisinin sabiq üzvü gələn ilin yayında butslarını mıxdan asacağını bildirib: "Aston Villa" ilə icarə müqaviləm başa çatdıqdan sonra "Milan"a qayıdacağam. Daha 1-2 il oynamalıyam. Yəqin ki, gələn mövsümün sonunda futboldan gedəcəyəm. Ondan sonra bəlkə məşqçiliyə başladım".
Qeyd edək ki, Pepe Reyna karyerası ərzində "Barselona", "Vilyarreal", "Liverpul", "Napoli" və "Bavariya"da da çıxış edib.