İdman

29 Aprel

PSJ-nin rəhbəri Çempionlar Liqası matçlarını başqa ölkədə keçirmək istəyir

PSJ-nin prezidenti Nasser əl-Xelaifi komandasının Çempionlar Liqasında mübarizəni davam etdirməsini istəyir.

Fins.az-ın məlumatına görə, koronavirus pandemiyası səbəbindən Fransada futbol oyunlarının sentyabra qədər ləğv olunmasına baxmayaraq, Paris klubunun rəhbəri ÇL-də yollarına davam etməyin yollarını axtarır.

O, bu turnirin qalan ev matçlarını başqa ölkədə keçirməyə hazır olduqlarını vurğulayıb: "Fransa hökumətinin qərarına hörmətlə yanaşırıq. Bu mövsüm Çempionlar Liqasının final mərhələsinin ev oyunları üçün UEFA ilə razılığa gəlib, təyin edilən yerdə oynamağa hazırıq. Fransada oynamaq mümkün olmasa, xaricdə çıxış edəcəyik. Oyunçularımızın və bütün klub işçilərinin tamamilə sağlamlığını təmin edirik".  

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sını üstələyərək, 1/4 finala adlayıb.