İdman

29 Aprel

Türkiyəli ulduz futbolçu Çin xalqından üzr istədi

Türkiyənin “Beşiktaş” klubunun ulduz futbolçusu Burak Yılmaz sosial şəbəkə paylaşımına görə Çin xalqından üzr istəyib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Təxminən iki il futbol oynadığım Çində çox yaxşı qarşılandım. Yedikləri yeməklərin mədəniyyətləri ilə bağlı bir vərdiş olduğunu, onlar üçün normal vəziyyət olduğunu söylədim. 

Buna görə də digər ölkələrlə müqayisədə, xəstəliklərin yaranma ehtimalının daha yüksək olduğunu dilə gətirdim. İstəmədən incitdiyim Çin xalqından və dostlarımdan üzr istəyirəm”, - deyə B.Yılmaz bildirib.

Xatırladaq ki, Burak Yılmaz Çində çox qəribə şeylərin yeyildiyini, gördüklərindən şoka düşdüyünü açıqlamışdı.