Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) rəsmiləri koronavirus pandemiyasından sonra bərpa olunacaq futbol oyunlarında yerə tüpürən futbolçuları sarı vərəqə ilə cəzalandırmağı tövsiyə edir.
Fins.az xəbər verir ki, qurumun səhiyyə komitəsindən verilən məlumata görə, qərar pandemiyaya qarşı mübarizədə vacib hesab edilir.
FIFA səhiyyə komitəsinin nümayəndəsi Mişel de Hogge bildirib ki, futbolçunun meydanda tüpürməsi gigiyenik deyil və oyunçulara sarı vərəqə göstərməklə onları bu pis vərdişdən çəkindirmək olar.