Tacikistanda da futbol çempionatı dayandırılıb.
Fins.az xəbər verir ki, qərar koronavirus profilaktikası çərçivəsində verilib.
Qeyd edək ki, Tacikistanda bu günə qədər COVID-19-a bir yoluxma halı belə qeydə alınmayıb.
Bununla belə, hökumət bütün kütləvi tədbirləri, o cümlədən, Düşənbədə qeyd olunacaq “Şəhər Günü”nü ləğv edib.
Məktəb və bağçalarda iki həftəlik tətil elan olunub.