İngiltərənin "Arsenal" klubu koronavirus pandemiyasının yayılmasından sonra ölkədə məşqləri bərpa edən ilk komanda olub.
Fins.az xəbər verir ki, London təmsilçisinin futbolçuları bu gün klubun bazasında sosial məsafə qaydalarına uyğun fərdi məşq ediblər.
Hazırlıq prosesində Aleksandr Lyakazett, David Luiz və Qranit Caka kimi futbolçular da iştirak ediblər.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları iyunun 8-dək təxirə salınıb.