Rumıniya polisi "Styaua" klubuna qarşı araşdırmaya başlayıb.
Fins.az-ın məlumatına görə, buna Buxarest təmsilçisinin futbolçuların klub bazasında məşqə çıxmalarına icazə verməsi səbəb olub.
Hazırda Rumıniyada koronavirus pandemiyası üzündən fövqəladə vəziyyət hökm sürür. Sakinlər özünütəcrid rejiminə mayın ortalarınadək əməl etməlidirlər. Pandemiya ilə əlaqədar dünyada xeyli idman yarışı dayandırılıb.