Boks üzrə mütləq çəkidə sabiq dünya çempionu Mayk Tayson nümayiş xarakterli çıxış üçün rinqə qayıda biləcəyini deyib.
Fins.az xəbər verir ki, bu barədə “Boxing Scene” nəşri xəbər yayıb.
“Zala qayıtmaq, rinqdə üç və ya dörd raund keçirə bilmək üçün formaya düşmək istəyirəm”, - deyə o bildirib.
53 yaşlı amerikalı etiraf edib ki, idmanla məşğul olmaq artıq onun üçün çətinləşib.
“Ağırdır. Elə bil ki, məni üç nəfər döyüb”, - deyə Tayson vurğulayıb.
Qeyd edək ki, M.Tayson 2005-ci ildən rinqdə çıxış etməyib. O, Kevin Mak Brayda məğlub olduqdan sonra karyerasını bitirib. Ümumilikdə, Tayson 50 qələbə (44-ü nokautla) qazanıb, altı dəfə məğlubiyyətə uğrayıb.