İdman

24 Aprel

Fransa klubu UEFA-nı məhkəməyə verir

UEFA-nın İcraiyyə Komitəsinin son qərarları bəzi klubların ciddi narazılığına səbəb olub.

Fins.az-ın məlumatına görə, koronavirus pandemiyası üzündən başa çatdırılmayacaq çempionatlarda hazırkı turnir cədvəlinin əsas götürülməsi və buna avrokuboklara vəsiqələrin verilməsindən narazılardan biri də Fransa təmsilçisi “Lion”dur.

Klubun prezidenti Jan-Mişel Ola UEFA-nı məhkəməylə hədələyib: “Mən UEFA ilə razı deyiləm. “Lion”un hələ Liqa1-də 10 oyunu, Liqa kubokunun PSJ ilə finalı və 1/8 finalında “Yuventus”la qarşılaşdığımız Çempionlar Liqası var. Bütün bunlar növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmaq yollarıdır. Əgər UEFA-nın bu qərarı yekun olarsa, biz məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, hazırda 40 xala malik “Lion” Liqa1-in turnir cədvəlində 7-ci yerdədir. Əgər çempionat bərpa olunmasa, UEFA-nın qərarına əsasən, PSJ, “Marsel” və “Renn” Çempionlar Liqasına, “Lill”, “Reyms” və “Nitsa” Avropa Liqasına vəsiqə qazanacaq.