İDMAN

22 Aprel

Premyer Liqanın davam etdirilməməsinin müzakirəsi təxirə salındı

İngiltərə Premyer Liqası koronavirus pandemiyası üzündən dayandırılan mövsümü başa çatdırmaq istəyində israrlıdır.

Fins.az-ın məlumatına görə, yarışın təşkilatçıları çempionatı yarımçıq başa çatdırmaqla bağlı müzakirələri bir ay müddətinə təxirə salıb.

Yalnız mayın sonunadək koronavirusla bağlı vəziyyət düzəlməsə, çempionatın bərpa olunmaması müzakirəyə çıxarılacaq. UEFA da aparıcı futbol liqalarında mövsümün sonadək oynanılmasını tövsiyə edir.

Böyük britaniyalıların bu tövsiyənin tərəfdarı olması da səbəbsiz deyil. Premyer Liqa teleyayımla bağlı böyük məbləğdə maliyyə itkisi ilə üzləşməmək üçün çempionatı sonadək keçirməlidir.