İDMAN

22 Aprel

“İnter” Şkrinyara qiymət qoydu

İngiltərənin “Mançester Siti” klubu müdafiə xəttini slovakiyalı Milan Şkrinyar ilə gücləndirmək niyyətindədir.

Fins.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliyanın “İnter” klubunun futbolçusunu mövsümlərarası fasilədə heyətinə qatmaq istəyir.

Lakin Milan təmsilçisi 25 yaşlı müdafiəçisini asanlıqla əldən vermək fikrindən uzaqdır. İtaliyalılar Şkrinyar üçün 80 milyon avro transfer haqqı tələb edir. 

Onun indiki klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Üstəlik, “İnter” müdafiəçisinə yeni anlaşma da təklif edib.

Qeyd edək ki, Milan cari mövsümdə 32 oyun keçirib.