İDMAN

22 Aprel

“Barselona”dan koronavirusla mübarizə üçün inanılmaz addım - TARİXDƏ İLK DƏFƏ

“Barselona”nın əfsanəvi stadionu “Kamp Nou” tarixdə ilk dəfə olaraq bir mövsümlük adını dəyişəcək.

Fins.az-ın məlumatına görə, Kataloniya klubunun rəhbərliyi bununla bağlı bəyanatla çıxış edib.

Klubun Direktorlar Şurası bu addımı hazırkı mürəkkəb vəziyyət və koronavirusla mübarizə üçün vəsait toplama ehtiyacı ilə izah edib.

Bildirilir ki, klub Kataloniyada və dünyada pandemiya ilə mübarizə məqsədilə yaradılan tədqiqat layihələrinə investisiya qoymaq qərarına gəlib.

“Kamp Nou” – böyüklüyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Stadion 98 772 tamaşaçı tutumuna malikdir.