İDMAN

20 Aprel

Bekhem Messi ilə Ronaldu arasındakı fərqdən danışdı

"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçi, Madrid “Real”ının sabiq hücumçusu Devid Bekhem "Barselona"nın hücumçusu Lionel Messi ilə “Yuventus”un hücumçusu Kriştianu Ronaldunun fərqli, eləcə də oxşar cəhətlərini açıqlayıb.

Bu barədə “Goal.com” bildirib.

"Messi unikal oyunçudur, onunla bir səviyyədə heç kəs yoxdur. Ronaldu Lionelə nisbətən bir az geri qalır, amma onların ikisi də hamını öz səviyyələrində üstələyirlər", - Bekhem deyib.

Messinin hesabında altı "Qızıl top" var, halbuki Ronaldu nüfuzlu mükafata beş dəfə qalib olub.

Messi İspaniya çempionatının cari mövsümündə 22 matçda iştirak edib və 19 qol vurub, habelə 12 məhsuldar ötürmə edib. Ronaldu İtaliya çempionatı çərçivəsində 22 matç keçirib. O, bu oyunlarda 21 qol və 3 məhsuldar ötürmə edib.