İDMAN

20 Aprel

“Nyukasl” yay transferlərinə 200 milyon funt sterlinq xərcləyə bilər

İngiltərənin “Nyukasl Yunayted” futbol klubunun yay transfer pəncərəsi üçün büdcəsi 200 milyon funt sterlinq təşkil edə bilər.

Fins.az xəbər verir ki, klubun rəhbərliyi baş məşqçi Stiv Bryusu öz vəzifəsində saxlamaq niyyətindədir. 

Eyni zamanda, komandanı artıq 2016-cı ildən 2019-cu ilə qədər idarə edən ispaniyalı Rafael Benitesin də bu vəzifəyə təyin olunma ehtimalı mövcuddur.

Qeyd olunub ki, “Nyukasl Yunayted” Səudiyyə Ərəbistanından olan investorların nəzarəti altına keçsə transfer büdcəsində artım mümkün olacaq.