İdman

17 Aprel

Mariya Şarapova raketkasını koronavirusa görə hərraca çıxarır

Karyerasını başa vuran tennisçi Mariya Şarapova koronavirusla mübarizədə həkimlərə dəstək olub.

33 yaşlı sabiq tennisçi sosial şəbəkədə raketkasını hərraca çıxardıcağını açıqlayıb. Tender aprelin 19-da başa çatacaq. Gəlir Sərhədsiz Həkimlər təşkilatına veriləcək.

"Mənim üçün bu hərracda iştirak böyük şərəfdir. Raketkanı şəxsən özüm imzalamışam. Onunla keçən il oynamışam" deyə Şarapova bildirib. 

Qeyd edək ki, Mariya Şarapova fevralın 26-da karyerasını başa vurduğunu açıqlayıb. O, Qadın Tennnisçilər Assosiasiyasının (WTA) 39 turnirinin, o cümlədən, WTA-2014-ün yekun çempionatının qalibi olub. Şarapova fərdi mübarizədə 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.