Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya kubokunun mümkün bərpa tarixi açıqlanıb.
Fins.az-ın məlumatına görə, yarımfinalın cavab matçlarının mayın 27-də keçirilməsi planlaşdırılır.
Həmin gün “Yuventus” “Milan”ı, “Napoli” isə “İnter”i qəbul edə bilər. İlk görüşlər fevralın 12-13-də keçirilib. Neapollular səfərdə 1:0 hesabı ilə qalib gəlibsə, digər cütdə qollu heç-heçə qeydə alınıb – 1:1.
Qeyd edək ki, yarımfinalın cavab oyunları öncədən martın 4-5-nə planlaşdırılmışdı.