Almaniyanın “Verder” klubunun futbolçusu Milot Raşitsa mövsümün sonunda komandasını deyişə bilər.
Fins.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi daha iddialı klubların diqqət mərkəzinə düşüb.
Dortmund “Borussiya”sı klubu tərk edəcəyi gözlənən Ceydon Sançonu məhz Raşitsa ilə əvəz etmək istəyir. Bundesliqanın daha bir iddialısı “Leypsiq” da onun xidmətində maraqlıdır.
Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Milotun anlaşmasındakı satış transfer qiyməti 38 milyon avro göstərilib. Lakin koronavirus pandemiyası üzündən yaranacaq böhranda Bremen təmsilçisinin daha aşağı qiymətə razılaşacağı gözlənilir. Amma Bundesliqa klublarının planlarınmı İngiltərə “Liverpul”u da poza bilər. Almaniyalı Yurgen Klopp da Raşitsanı komandasında görmək istəyir.
Qeyd edək ki, cari mövsümdə Bundesliqada 20 oyun keçirən yarımmüdafiəçi 7 qol vurub.