İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Luka Yoviç həbs edilə bilər.
Fins.az xəbər verir ki, karantin qaydasını pozan futbolçu Cinayət Məcəlləsinin 248-ci maddəsi ilə ittiham olunur. Bu maddədə 3 aydan 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Ötən ay sevgilisinin doğum gününü qeyd etmək üçün vətəni Serbiyaya gedən Yoviç Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi ilə də həbsdən qurtula bilər.
Xatırladaq ki, İspaniya mətbuatı bu hərəkətinə görə “Real”ın Yoviçi satacağını yazıb.