İDMAN

16 Aprel

“Napoli”də 3 illik müqavilə

İtaliyanın “Napoli” klubu futbolçusu Lorenso İnsinye ilə müqaviləni uzadacaq.

Fins.az-ın məlumatına görə, 28 yaşlı italiyalı hücumçu yaxın günlərdə yeni anlaşmaya imza atacaq. 2022-ci il iyunun 30-dək olan indiki müqavilə daha 3 il müddətinə uzadılacaq. Bir müddət əvvəl agenti Mino Rayola ilə əməkdaşlığı dayandıran İnsinye 2025-ci ilədək Neapol klubunda qalacaq. Qeyd edək ki, Lorenso cari mövsümün 25 oyununda 5 qol vurub.