İdman

16 Aprel

“Almaniya, ABŞ və Yaponiya DÇ-2022-ni qəbul edə bilər”

“Almaniya, ABŞ və Yaponiya DÇ-2022-ni qəbul edə bilər” – sabiq FİFA prezidenti FİFA-nın sabiq prezidenti Yozef Blatter DÇ-2022-nin keçirilə biləcəyi ölkələrin adlarını açıqlayıb.

Fins.az-ın məlumatına görə, qurumun sabiq başçısı mundialın Qətərdən alınacağı halda yarışa ev sahibi ola biləcək üç ölkənin olduğunu vurğulayıb. Asiya ölkəsi bu hüquqa yiyələnərkən FİFA məmurlarına rüşvət verilməsi ittihamları ilə üz-üzə qalıb. Blatter növbəti çempionatın ev sahibinin yarışı 4 il əvvəl qəbul etməsi variantını irəli sürüb: “2026-cı ildə dünya çempionatını qəbul etməli olan ABŞ bu yarışı 2022-ci ildə qəbul edə bilər. Onlar bunu bacarır. Bu, elmi fantastika deyil.

Yaponiya da bunu edə bilər. Xoşbəxtlikdən 48 deyil, 32 komanda oynayacaq. Böyük təşkilatı qüvvə lazım olmayacaq. Həmçinin, Almaniya da turniri qəbul edə bilər. Amma bu o deməkdir ki, DÇ-2018-dən sonra çempionat yenidən Avropada keçiriləcək. Bu üzdən də Avropa 1-ci variant sayılmayacaq”. Qeyd edək ki, ABŞ prokurorluğu Rusiya və Qətərin müvafiq olaraq DÇ-2018 və DÇ-2022-yə ev sahibliyinə yiyələndiyi vaxt FİFA məmurlarına rüşvət verilməsi ilə bağlı ittiham irəli sürüb.