"Fənərbaxça"nın hücumçusu Vedat Muriqi karyerasını İtaliyada davam etdirə bilər.
Fins.az-ın məlumatına görə, "Latsio" 26 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir.
İtaliya klubu koronavirusla bağlı problem yoluna qoyulduqdan sonra İstanbula nümayəndə göndərəcək. Paytaxt təmsilçisi Kosovo millisinin üzvü üçün türklərə 20 milyon avro təklif edəcək. Ancaq "Fənərbaxça" hücumçusunu 25 milyon avroya satmağa çalışacaq. Muriqi ilə "Tottenhem" də maraqlanır.
Qeyd edək ki, Vedat Muriqi "Fənərbaxça"ya ötən il "Çaykur Rizəspor"dan keçib.