İngiltərənin “Mançester Yunayted” klubu Saul Nigezi heyətində görmək istəyir.
Fins.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi İspaniya “Atletiko”sunun futbolçusuna cəlbedici təklif hazırlayıb.
Mançesterlilər yarımmüdafiəçiyə həftədə 230 min avro maaş təklif edəcək. Bu addım ispaniyalını yayda transfer etməyə hesablanıb. 25 yaşlı futbolçu indiki klubunda həftəyə təxminən 130 min qazanır.
Lakin “Mançester Yunayted” təkcə Saul deyil, “Atletiko” ilə də razılıq əldə etməlidir. İngiltərəlilər Madrid klubuna 80 milyon avro ödəməyi planlaşdırsa da, oyunçunun müqaviləsinə əsasən, 155 milyon tələb olunur.
Qeyd edək ki, Saulun “Atletiko” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.