İdman

15 Aprel

"Milan"a ideal seçim odur"

"Milan"ın keçmiş futbolçusu Marko Simone komandadakı hücumçu çatışmazlığından danışıb.

Fins.az-ın məlumatına görə, sabiq forvard Kşiştof Pyontekin satılmasını doğru addım hesab etmir.

51 yaşlı mütəxəssisin fikrincə, "Milan" iki hücumçu transfer etməlidir. O, hətta öz təklifini də verib: "Şəxsən mən Pyonteki satmazdım. İbrahimoviç ayrılsa, komanda hücumçusuz qalacaq. Fikrimcə, Arkadiuş Milik burada yaşı işlər görə bilər. Ancaq mən Mauro İkardi və Edinson Kavanini transfer edərdim. Xüsusən də, İkardi "Milan" üçün ideal seçim olar".

Qeyd edək ki, Marko Simone 1989-1997 və 2001-2002-ci illərdə "Milan"ın formasını geyinib.