İtaliyanın Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri A Seriyasının bərpasını şübhə altına alıb.
Sileri bu barədə “Rete 4”ə açıqlama verib.
“Təəssüf ki, çempionatın davam etdirilməsi ehtimalının az olduğunu düşünürəm”, deyə o vurğulayıb.
Daha əvvəl İtaliyada mövsümün mayın 2-dən azarkeşsiz bərpasının mümkünlüyü bildirilib. Sonradan mövsümün daha gec başlaması üçün bir neçə variantın nəzərdən keçirildiyi məlum olub.
Habelə, qalan 124 matçın Romada 45 gün ərzində keçirilməsinin mümkünlüyü də diqqətə çatdırılıb.
Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir.