İDMAN

14 Aprel

"Liverpul" Mbappeni transfer edə bilər

İngiltərə "Liverpul"u Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin alınması üçün mübarizəyə qoşula bilər.

Fins.az-ın məlumatına görə, seneqallı hücumçu Sadio Mane yay transfer pəncərəsində İspaniya "Real Madrid"inə keçsə, "qırmızılar" Mbappe ilə danışıqlara başlayacaq. Manenin "kral klubu”nun əsas transfer hədəfi olması barədə məlumatlar yayılıb.

O, İngiltərə çempionatının cari mövsümündə 26 matçda 14 dəfə fərqlənib, habelə 7 məhsuldar ötürmə edib. 28 yaşlı forvardın hesabında həmçinin Çempionlar Liqasının 8 oyununda 2 qol var.

Mbappe isə öz növbəsində Fransa çempionatında 20 matç keçirib və 18 qol vurub. 22 yaşlı hücumçu həmçinin 5 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasındakı hesabında isə 7 matçda 5 qol var. Futbolçunun klubla indiki razılaşması 2022-ci ilə qədər nəzərdə tutulub.