İDMAN

14 Aprel

"Hamı Azərbaycan millisinə qarşı diqqətli olmalıdır"

"Azərbaycan bizim üçün sərt rəqib olacaq".

Fins.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Zirə" klubunun qapıçısı Boyan Zoqoviç UEFA Millətlər Liqasında Monteneqronun Azərbaycan yığmasına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib. 31 yaşlı monteneqrolu qolkiper Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyanı təəccübləndirdiyini xatırladıb: "Bu səbəbdən, hamı komandanıza qarşı oynayanda diqqətli olmalıdır". Zoqoviç qrupdakı digər rəqiblərə nisbətən bu iki kollektivin ilk pillə uğrunda mübarizə aparacağına inandığını vurğulayıb. Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Monteneqro ilə yanaşı, Kipr və Lüksemburqla da birgə yer alıb.