İdman

13 Aprel

"Barselona" iflasın astanasındadır"

"Barselona"nın prezidentliyinə namizəd Viktor Font klubun cari vəziyyəti haqqında danışıb.

Fins.az xəbər verir ki, o, futbolçular, əməkdaşlar arasında mübahisələrlə yanaşı, sosial şəbəkələrin işi üzrə yoxlamalar mövcud olduğunu deyib: "Bura qeyri-sabit idman siyasətini, müdiriyyətin ayrılmasını və koronavirusla əlaqədar gəlirlərin əhəmiyyətli şəkildə azalmasını əlavə edin. Klub iqtisadi və mənəvi iflas təhlükəsi altındadır. Oyun bitib”. Qeyd edək ki, daha əvvəl "Barselona" klubunun İdarə Heyətinin 6 üzvü vəzifəsini tərk edib. Funksionerlər koronavirus pandemiyası zamanı klubu idarə edə bilməmələri və sosial şəbəkələrdə ulduz futbolçu Lionel Messinin tənqid olunması barədə işlərlə əlaqədar istefa veriblər. Qaydalara əsasən, klubda minimim 14 idarə heyəti üzvü olmalıdır. İndi isə, bu say 13-dür.