İspaniyanın “Levante” klubu da futbolçuların və məşqçilərin məvacibini azaltmağa qərar verib.
Fins.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış La Liqada mövsüm bərpa olunmasa, futbolçuların və məşqçilərin məvacibində 20 faiz endirim olunacaq. Mövsüm bərpa olunacağı və azarkeşsiz keçiriləcəyi halda isə, maaşlar 3 faizlik azalma ilə ödəniləcək. Artıq bütün kollektiv bu qərara razı olduğunu bildirib.
Qeyd edək ki, artıq Avrpopanın bir çox kubunda bu cür addım atılıb.