İDMAN

13 Aprel

"Mançester Yunayted" ulduz futbolçu alır

İtaliyanın “İnter” klubunun futbolçusu Dieqo Qodin İngiltərə təmsilçilərinin maraq dairəsinə düşüb.

Fins.az-ın məlumatına görə, Milan təmsilçisindən ayrılmaq niyyətində olan uruqvaylı müdafiəçini Premyer Liqanın iki komandası heyətində görmək istəyir.

Bunlar “Mançester Yunayted” və “Tottenhem”dir. Hər iki klub müqaviləsi 2022-ci ilin yayına qədər olan 34 yaşlı cənubi amerikalının xidmətində maraqlıdır. Lakin ingiltərəlilər “İnter”ə rəsmi təkliflə müraciət etməklə bağlı tələsik qərar vermək fikrindən uzaqdır.

Qeyd edək ki, Uruqvay millisində 135 oyuna 8 qol vuran müdafiəçi ötən yay İspaniya “Atletiko”sundan “İnter”ə azad agent kimi keçib.