Türkiyənin “Qalatasaray” futbol klubu uruqvaylı qapıçı Fernando Muslera ilə müqaviləni daha dörd il müddətinə uzadacaq.
Fins.az xəbər verir ki, klubun baş məşqçisi Fatih Terim də F.Musleranın klubda qalmasına razılıq verib.
Qeyd edək ki, uruqvaylı qapıçı 2011-ci ildən “sarı-qırmızı”ların formasını geyir.