İDMAN

13 Aprel

"Barselona" Semedonu satır

"Barselona" müdafiəçisi Nelson Semedonu satmağa hazırlaşır.

Fins.az məlumatına görə, Kataloniya klubu bir neçə komandanın maraq dairəsində olan sağ cinah oyunçusunun gedişinə mane olmayacaq.

La Liqa təmsilçisi Portuqaliya millisinin üzvünün gedişi ilə pul qazanmağı planlaşdırır. Əvəzində hazırda icarə əsasında "Betis"də çıxış edən Emerson gələn mövsümdən "Barselona"nın heyətində yer alacaq. İspanlar ötən ilin yayında "Atletiko Mineyro"dan transfer hüququnun 50 faizini alıb "Betis"ə icarəyə verdiyi 21 yaşlı Emersonun qalan hüququna da yiyələnmək niyyətindədir.

Qeyd edək ki, Emersonun "Barselona" ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.