İdman

13 Aprel

“Mən kartof kisəsi deyiləm”

“Vəziyyəti başa düşürəm. Amma mən kartof kisəsi deyiləm ki, istəniləni etmək olsun”.

Fins.az-ın məlumatına görə, bunu İspaniya “Barselona”sının futbolçusu İvan Rakitiç deyib.

Xorvatiyalı yarımmüdafiəçi mövsümlərarası fasilədə klubunu dəyişəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Siz həmişə mənimlə danışa bilərsiniz. Amma ən vacibi odur ki, sevildiyim, hörmət bəslənildiyim, mənə ehtiyac duyulan, ailəmə və özümü yaxşı hiss etdiyim yerdə olmaq istəyirəm. Əgər bura elədirsə, mən məmnunam, əgər elə deyilsə, karyeramı harada davam etdirəcəyimə özüm qərar verəcəyəm”.

Qeyd edək ki, futbolçunun İngiltərə “Mançester Yunayted”i, İtaliya “Yuventus”u, həmçinin İspaniya təmsilçiləri “Atletiko” və “Sevilya”ya keçidi müzakirə olunur. “Barselona” isə onun satışı ilə maaşlarla bağlı xərcləri azaltmaq niyyətindədir.