Çinin yaxınlığında yerləşən Tayvan koronavirus pandemiyasına yoluxma sayı ən az olan ölkələrdən biridir.
Fins.az-ın məlumatına görə, bu üzdən ölkədə beysbol üzrə çempionat mövsümün sonuna qədər azarkeşsiz keçiriləcək.
Lakin tayvanlılar bunu sığortalamağın yolunu tapıblar. Kartondan adam düzəldən stadion nümayəndələri onları tribunaların oturacaqlarına yerləşdiriblər. Hətta həmin kartonlara maska vurmaq da yaddan çıxmayıb.
Qeyd edək ki, bu günə qədər Tayvanda 393 yoluxma müşahidə edilib, 6 nəfər ölüb.