Almaniyanın “Bavariya” klubunda icarədə olan xorvatiyalı futbolçu İvan Perişiçin karyerasını Münhen təmsilçisində davam etdirəcək.
Fins.az-ın məlumatına görə, Bundesliqa klubu yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə edib.
“Bavariya” və futbolçunun müqavilə ilə məxsus olduğu İtaliya “İnter”inin hansı məbləğ qarşılığında razılaşdığı rəsmən açıqlanmır. Lakin bu keçidin 15-20 milyon dollar aralığında gerçəkləşəcəyi iddia olunur.
Qeyd edək ki, Perişiç cari mövsümün 22 oyununda 5 qol vurub.