İDMAN

11 Aprel

Ronaldu dünyanı pandemiya dövründə birliyə səslədi - FOTO

“Yuventus”un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu azarkeşləri koronavirus pandemiyası dövründə bir-birinə kömək etməyə və bir olmağa səsləyib.

Fins.az xəbər verir ki, futbolçu özünün sosial media hesabında Portuqaliya və İtaliyanın bayraqları əks olunmuş maskalarla şəklini paylaşıb.

Ronaldu paylaşımına belə bir şərh yazıb:

“Bu çətin zamanda dünyamız üçün birliyimiz və bir-birimizə dəstəyimiz çox vacibdir. Gəlin, kömək etmək üçün əlimizdən gələni edək”.