İdman

10 Aprel

Çelsi Kanteni satmağa hazırdır

İngiltərənin “Çelsi” klubu mövsümün sonunda heyətində bəzi dəyişikliklər etməyi planlaşdırır.

Fins.az-ın məlumatına görə, London təmsilçisi tərk edəcəyi gözlənilən futbolçulardan biri Nqolo Kantedir.

Premyer Liqa klubu İspaniya “Real”ı və Fransa PSJ-sinin maraq dairəsində olan 29 yaşlı yarımmüdafiəçini satmaq niyyətindədir. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq fransalının satışı londonluların büdcəsini də xeyli zənginləşdirməlidir. Bu səbəbdən də “Çelsi” sərfəli təkliflərə açıq olduğunu gizlətmir.

Qeyd edək ki, London təmsilçisi Kanteni 2016-cı ildə “Lester”dən 35,8 milyon avroya transfer edib. Nqolo cari mövsümdə 22 oyunda 3 qol vurub.