İdman

10 Aprel

UFC rəsmən ləğv olundu

MMA üzrə UFC249 turniri ləğv olunub.

Fins.az-ın məlumatına görə, buna koronvirus pandemiyası səbəb olub.

Aprelin 18-də baş tutması planlaşdırılan döyüş gecəsi baş tutmayacaq. Bunu UFC-nin prezidenti Dana Uayt açıqlayıb: “Bizə ən yüksək səviyyədə zəng olundu və deyildi ki, turniri ləğv edin”.

Qeyd edək ki, öncədən UFC249-un əsas döyüşü yüngül çəki dərəcəsində rusiyalı dünya çempionu Həbib Nurməhəmmədovla ABŞ təmsilçisi Toni Ferqyuson arasında olmalı idi. Həbib koronavirusa görə turnirə gedə bilmədiyindən iştirakçılar siyahısını tərk etmişdi. Onu əsas döyüşdə Castin Qetji ilə əvəz edəcək təşkilatçılar yarışı adada keçirməyi və qalibə müvəqqəti çempionluq verməyi planlaşdırırdı.