İdman

09 Aprel

UFC koronavirusa görə 750 milyon dollar itirə bilər

Mütləq Döyüş Çempionatı (UFC) 2020-ci ildə 42 turnir keçirməsə, təxminən, 750 milyon ABŞ dolları itirə bilər.

Fins.az xəbər verir ki, xəbər verir ki, bu bənd təşkilatın tədbirlərini yayımlayan ESPN-lə bağlanmış müqavilədə əksini tapıb. Həmin sözləşməyə əsasən, il ərzində minimum 42 turnir təşkil olunmalıdır. 

Qeyd edək ki, UFC hələlik 7 turnir keçirə bilib. Çoxlu sayda yarış isə koronavirusa görə təxirə salınıb.