İtaliyanın “İnter” klubunun futbolçusu Dieqo Qodin mövsümün sonunda Milan təmsilçisini tərk edəcək.
Fins.az-ın məlumatına görə, buna səbəb uruqvaylının Antonio Kontenin taktiki sisteminə uyğunlaşa bilməməsidir.
Artıq milanlılar da onun yerinə yeni müdafiəçi almağa qərar verib. “İnter” “Verona”da çıxış edən Maraş Kumbullanı heyətinə qatacaq.
Qeyd edək ki, Qodin cari mövsüm meydana çıxdığı 25 matçda 1 qol vurub. Kumbulla isə öz komandasında keçirdiyi 19 oyunda 1 dəfə fərqlənib.