İDMAN

08 Aprel

Futbolçu tibb işçilərinə 100 pizza sifariş verdi

Müqavilə ilə "Tottenhem"ə məxsus olan, hazırda icarə əsasında "Nyukasl"da oynayan Denni Rouz koronavirusla mübarizə zamanı Londondakı tibb işçilərinə dəstək  olub.

Fins.az xəbər verir ki, bu məqsədlə o, tibb işçiləri üçün 100 pizza sifariş verib.

Qeyd edək ki, D.Rouz bu ilin qışından icarə əsasında "Nyukasl"da çıxış edir.