İdman

07 Aprel

İngiltərə klubu Dadaşovu yenidən başqa komandaya göndərə bilər

Azərbaycan millisinin və İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov yenidən icarəyə verilə bilər.

Fins.az xəbər verir ki, futbolçumuzun bu klubdakı taleyi hələ də qeyri-müəyyəndir.

Hələlik əsas heyətə düşə bilməyən gənc hücumçunun yenidən icarəyə veriləcəyi gözlənilir. O, hazırda klubun 23 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir. Renat “Liverpul” və “Tottenhem”in U-23 komandalarına qol vurmağı ilə diqqəti öz üzərinə çəkməyi bacarıb.

Qeyd edək ki, Renat Dadaşov daha əvvəl Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda icarə əsasında çıxış edib. O, yarımçıq qalmış cari mövsümün ilk hissəsində çıxış etdiyi Portuqaliya çempionatında yeddi oyuna çıxıb və qol vurmayıb.