İDMAN

07 Aprel

“İnter” rəhbərliyindən Obameyanqı istədi

İtaliyanın “İnter” klubu yay “transfer pəncərəsi”ndə hücum xəttini gücləndirməyə qərar verib.

Fins.az-ın məlumatına görə, Milan təmsilçisi Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanqı heyətinə qatmaq niyyətindədir. İngiltərə “Arsenal”ında çıxış edən 30 yaşlı hücumçunun alınmasını “İnter”in baş məşqçisi Antonio Konte istəyir. London təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq afrikalının xidmətində İspaniya “Barselona”sı və İngiltərə “Mançester Yunayted”i də maraqlıdır.

Qeyd edək ki, Obameyanq cari mövsüm Premyer Liqanın 26 matçında 17 qol vurub.