İngiltərənin “Liverpul” klubunun yay “transfer pəncərəsi”ndə heyətinə qatmaq istədiyi futbolçulardan ikisi müəyyənləşib.
Fins.az-ın məlumatına görə, Almaniya Bundesliqasında çıxış edən Mönhenqladbax “Borussiya”sının oyunçuları isveçrəli Denis Zakariya və fransalı Markus Türam mersisaydlıların maraq dairəsinə düşüb.
Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp yayda heyəti gücləndirmək niyyətindədir. O, Zakariya və Türamın planlarına uyğun gəldiyini klub rəhbərliyinə də bildirib.
Qeyd edək ki, Zakariya cari mövsüm 31 oyunda 2 , Türam 33 matçda 10 qol vurub.