PSJ-nin hücumçusu Kilian Mbappe mövsümün sonunda komandasını dəyişməyəcək.
Fins.az-ın məlumatına görə, Fransa millisinin üzvü "Real"ın transfer gündəmində olsa da, parislilər onu satmayacaq.
Klubun sahibi olan Qətər əmiri Tamim bin Hamad əl-Tani 22 yaşlı forvardın ən azı daha bir il PSJ-də qalmasını qərara alıb. O, istənilən məbləğdə təklifə "yox" cavabını verəcəklərini və Mbappeni saxlayacaqlarını söyləyib. Klubun sahibi digər hücumçu Neymarın da komandada qalmasına çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, Kilian Mbappenin klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədədir.