İDMAN

03 Aprel

Sabiq prezident 90 yaşında ata olacaq

“Formula 1”in sabiq prezidenti Berni Ekklstou 90 yaşında növbəti dəfə ata olacaq.

Fins.az xəbər verir ki,  44 yaşlı Fabiana Flosi ilə evli olan sabiq rəhbərin iyul ayında övladları dünyaya gələcək. Bu, onun 4-cü uşağı, ilk oğlu olacaq.

Məlumatı B.Ekklstou təsdiqləyib.