İdman

03 Aprel

Olimpiya kəndi xəstəxanaya çevrilir

Tokio-2020 Yay Olimpiya Oyunlarının üçün tikilən Olimpiya kəndi müvəqqəti xəstəxanaya çevrilə bilər.

Fins.az xəbər verir ki, bunu Tokionun qubernatoru Yuriko Koike açıqlayıb.

Bildirilir ki, 11 min idmançını qəbul etmək üçün inşa olunan kəndin koronavirusa yoluxan xəstələrin qəbulu üçün istifadəsi nəzərdə tutulur. Burada 24 bina yerləşir. Olimpiya və Paralimpiya oyunları 2021-ci ilə təxirə salındığı üçün Olimpiya kəndi uzun müddət boş qalacaq. Bu müddətdə həmin binalar xəstəxana funksiyasını yerinə yetirməyə yararlıdır.

Qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 gələn il iyulun 23-dən avqustun 8-dək baş tutacaq.