UEFA avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.
Fins.az bu qərar milli assosiasiyaların nümayəndələri ilə bugünkü iclasda verilib.
Qurum avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırır. Bu baş tutsa, növbəti mövsüm də gec başlayacaq.
Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib.
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb.